Avtomobil yolu Saray körpüsünə uyğunlaşdırılmayıb: Bu küçə genişləndirilir

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən yeni körpünün tikinti işləri yekunlaşdırılıb. Saray körpüsü dünəndən artıq sürücülərin istifadəsinə verilib. Vətəndaşlar bildirir ki, avtomobil yolu Saray körpüsünə uyğunlaşdırılmayıb. Onların sözlərinə görə körpünü keçdikdən sonra yol daralır deyə həmin hissədə böyük tıxacların olacağı gözlənilir. Sürücülər deyir ki, yol genişləndirilmədiyindən həmin istiqamətdə problemlər olacaq.
Sumqayıt Şəhər İcra hakimiyyətindən bildirilib ki, Saray körpüsünə bitişik olan yol genişləndiriləcək.
Qeyd edilib ki, mövcud yol infrastrukturu körpüyə uyğunlaşdırılacaq:
“Yaxın zamanlarda Məhəmməd Əsədov küçəsinin genişləndirilməsi ilə bağlı layihənin icrasına başlanılacaq”.
Qeyd edək ki, sözügedən körpünün tikintisinə 2024-cü ilin dekabr ayında başlanılıb və 3 ay müddətində tikinti işləri tamamilə başa çatdırılıb. İnşa işləri hərəkət intensivliyi və yolun strateji əhəmiyyəti nəzərə alınaraq, fəsilə verilmədən və hava şəraitindən asılı olmayaraq sürətlə və yüksək keyfiyyətlə aparılıb. Nəticədə körpü Novruz bayramı ərəfəsində vətəndaşların istifadəsinə verilib.
Bundan öncəki qəzalı körpü 2 hərəkət zolaqlı olub. Lakin gələcəkdə hərəkət intensivliyinə uyğun olaraq mövcud yolun genişləndirilməsi baş verərsə körpünün həmin infrastruktura uyğun olması şərtdir ki, bu da layihə zamanı öncədən nəzərə alınıb. Belə ki, 3 aşırımdan ibarət olan körpü, 4 hərəkət zolağından ibarətdir. Körpü 104 metr uzunluğunda və 21,6 metr enində inşa olunub. Həmçinin, körpünün sağ və sol hissələrində piyada səkiləri də tikilib.
Körpü 4 dayaq üzərində inşa edilib və orta dayaqlarda 1,5 metr diametrli 6 sütun yerləşir. Ümumilikdə körpü 12 sütundan ibarət olub, hər dayaq iki cərgəli svaylar üzərində qurulub. Svayların uzunluğu 14 metr, diametri isə 1 metrdir və ümumilikdə 80 svaydan istifadə olunub.
Yeni körpü, Sumqayıt şəhəri ilə Saray qəsəbəsi arasındakı nəqliyyatın sürətini və təhlükəsizliyini artıracaq. Körpünün istifadəyə verilməsi körpüdən istifadə edən vətəndaşlar üçün mühüm rahatlıq yaradacaq, eyni zamanda komfortlu və asan nəqliyyat şəraitini təmin edəcək. Körpü hərəkət intensivliyinin yüksək olduğu və strateji əhəmiyyət kəsb edən yolun daha effektiv istifadəsinə imkan verəcək.(musavat)
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










