Avtomobildə gizlədilmiş pnevmatik tapança və telefonlar aşkar edildi - VİDEO

Daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi “Mercedes-Benz 280” markalı nəqliyyat vasitəsi “Sınıq Körpü” gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib. Bu barədə Avtosfer.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı isə nəqliyyat vasitəsinin yük yerində olan ərzaq məhsullarının arxasında gizlədilən 13 ədəd, kalibri 4,5 mm və üzərində “Super air pistol” yazısı olan pnevmatik tapança, kalibri 4, 5 mm olan üzərində “Ekol” yazılmış 1 ədəd pnevmatik tapança, 4 ədəd pnevmatik silah üçün lülə, ərzaq məhsullarının arasından 1 ədəd “Samsung Galaxy A6”, 1 ədəd “Samsung Galaxy J6”, 3 ədəd “Samsung Galaxy J3”, 7 ədəd “Samsung Galaxy J1”, 1 ədəd “Xiomi A1”, üzərinə “B 8000” yazılmış 7 ədəd, “Corn” yazılmış 3 ədəd, “H-mobile” yazılmış 5 ədəd, “Etec” yazılmış 5 ədəd, “Kctel” yazılmış 15 ədəd, “ Boom” yazılmış 10 ədəd, “ZHT” yazılmış 5 ədəd, “Y-Fine” yazılmış 5 ədəd, “Fuha” yazılmış 5 ədəd mobil telefonlar aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Namiq
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO












