Avtomobildə odsöndürənin olmamasına görə cərimə yoxdur: Hüquqşünasdan CAVAB

Belə bir xəbər yayılır ki, müvafiq standartlara cavab verən ödsöndürəni olmadan idarə edilən nəqliyyat vasitələrinin sürücüləri İXM-in 342.5-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə ediləcəklər.
Amma hazırda belə cərimənin tətbiqi mümkün deyil. Özü də bunu tək mən demirəm. Bu, dolayısilə Azərbaycan Respublikası Prezidentinin 17.04.2018 tarixli, 1926 saylı Fərmanında da deyilir.
Birincisi, ödsöndürənin olmadığı halda İXM-in 342.5-ci maddəsi üzrə məsuliyyətdən söhbət gedə bilməz. Odsöndürənin avtomobildə olması “Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsinin “konstruksiyanın digər ünsürləri” adlanan 7-ci hissəsinin tələbi olsa da, lakin həm mühəndis-texniki baxımdan, həm də sadə məntiqə əsasən odsöndürənin nəqliyyat vasitəsinin konstruksiyasına heç bir aidiyyəti yoxdur. İXM-in 342.5-ci maddəsi isə konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 manat cərimə nəzərdə tutur. Hətta İXM-in başqa normalarından da aydın olur ki, ödsöndürənin olmadığı halda İXM-in 342.5-ci maddəsi üzrə məsuliyyət mümkün deyil. Məsələn, “Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsinin 7-ci hissəsi dərman qutusunun da məcburiliyini nəzərdə tutsa da, dərman qutusunun olmamsına görə İXM-in ayrıca və aydın yazılmış normasında (356.1-ci maddədə) məsuliyyət müəyyən olunur. Bu da o deməkdir ki, dərman qutusu, ödsöndürən və başqa bu kimi əlavə əşyalar konstruksiya elementi deyil.
İkincisi, 17.04.2018 tarixli, 1926 saylı Fərmanın 1.3-cü bəndində Nazirlər Kabinetinə tapşırılır ki, “Yol hərəkəti haqqında” Qanuna uyğun olaraq və beynəlxalq təcrübə nəzərə alınmaqla odsöndürənə dair tələbləri, habelə ondan istifadə təlimatını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin (hələlik bu sənədlər qəbul edilməyib). Bu tapşırıq o deməkdir ki, avtomobillərdə istifadə üçün nəzərdə tutulan odsöndürənə dair bütün hüquqi məsələlər həll edilməlidir. Mən düşünürəm ki, tapşırığın icrasından sonra odsöndürənin olmamsına görə məsuliyyət məsələsinə də aydınlıq gəlməlidir.
Hələlik isə avtomobildə odsöndürən olmamsına görə sürücü barəsində hər hansı cərimə tətbiq edilə bilməz.
Amma sürücülərə tövsiyə edirəm ki, avtomobillərində istifadəyə yararlı odsöndürən saxlasınlar. Çünki bu, qanunun tələbidir və ödsöndürəni olmayan avtomobil texniki baxışdan keçməməlidir. Digər tərəfdən, avtomobiliniz və ya yolda başqa birinin avtomobili qəflətən yana bilər. Belə halda odsöndürən sizi və sizin xeyirxahlığınız sayəsində başqasını külli miqdarda ziyandan qoruyacaq.
Ərşad Hüseynov
hüquqşünas
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO










