Avtomobildən 131,378 qram metamfetamin aşkar edilib - FOTO

Azərbaycan gömrükçüləri xeyli miqdarda psixotrop maddənin ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan Respublikasının vətəndaşı Əbülfəz Abbasovun idarə etdiyi "Hyundai Accent" markalı, 10-RL-179 dövlət qeydiyyat nişanlı minik avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Baxış zamanı xidməti it avtomobilin salonundakı ön panelin orta hissəsinə reaksiya verib. Sonra avtomobil əsaslı yoxlanılma üçün stasionar rentgen qurğusundan keçirilib. Bu zaman qurğunun monitorunda şübhəli cizgilər müşahidə edilib. Daha sonra həmin avtomobil əsaslı yoxlanılıb. Nəticədə, avtomobilin salonunda, ön cihazlar panelinin içərisində, ön panelin orta hissəsində yerləşən maqnitofonun arxasındakı boşluqda - havalandırma sisteminin divarına yapışdırılmış şəkildə 3 ədəd sellofan bükümdə, ümumi xalis çəkisi 131,378 qram olan metamfetamin aşkar edilib. Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA














