Avtomobildən 700 qutu tütün məmulatı aşkarlanıb - FOTO

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin (BBGİ) Əməliyyat şöbəsinə “Chevrolet Aveo” markalı avtomobildə aksiz markası olmayan siqaretlərin daşınmasına dair məlumat daxil olub. Avtosfer.az bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir. Məlumat əsasında BBGİ-nin əməkdaşları Bakı şəhəri “Nizami” metrostansiyası yaxınlığında dayanmış avtomobilə yaxınlaşaraq nəqliyyat vasitəsinin yük yerinə vizual baxış keçiriblər. Baxış zamanı avtomobilin yük yerində sellofan paketlərin içərisində aksiz markası olmayan siqaretlər müəyyən edilib. Daha sonra nəqliyyat vasitəsinə ətraflı gömrük baxışı keçirilməsi üçün BBGİ-nin inzibati binasına gətirilib. Hal şahidlərinin də iştirakı ilə keçirilən baxış zamanı avtomobilin yük yerindən üzərində aksiz markası olmayan, qara sellofan paketə bükülmüş “Esse Spesial Gold” yazılmış 400 qutu siqaret, üzərində “Captain black” yazılmış 269 qutu siqar, üzərində “Skandinavik 50g” yazılmış 10 qutu qəlyan tütünü, üzərində “Holland house” yazılmış 15 qutu qəlyan tütünü və üzərində “Milano-London” yazılmış 10 qutu siqaret aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Namiq
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO














