Avtomobildən külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Mercedes-Benz Sprinter" markalı, 90-VZ-649 nömrə nişanlı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb.
Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib.
Məlumata görə, Azərbaycan vətəndaşı Ramal Əmrahovun idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı, orada siqaret olduğu müəyyən edilib. Daha sonra Tovuz Gömrük İdarəsinə gətirilən avtomobilə hal şahidlərinin iştirakı ilə təkrar baxış keçirilib.
Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerində olan dörd ədəd sellofan torbada cəmi 52.400 ədəd "Parliament Carat", "Parliament Silver", "Parliament Aqua Blue", "Parliament Super Slims", "Marlboro Gold Edge", "Marlboro Fine Touch", "Marlboro Fiter Plus" və "Sobranie Super Slims" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI












