Avtomobildən külli miqdarda narkotik vasitə aşkar olunub

Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi minik avtomobili ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb.
DGK-dan Avtosfer.az-a verilən məlumata görə, Qabil İbrahim oğlu İsayevin idarə etdiyi "Opel Omega" markalı, 90-HG-335 dövlət nömrə nişanlı həmin nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı, avtomobilin arxa sağ və sol təkərlərinin saxlanması üçün nəzərdə tutulan dayaqların metal boşluqlarında 22 ədəd bağlamada, xalis çəkisi 2275 qram olan narkotik vasitə - heroin, 7 ədəd bağlamada isə xalis çəkisi 410 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Namiq
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












