Avtomobildən külli miqdarda narkotik vasitə aşkarlandı – FOTO + VİDEO

Azərbaycan gömrükçüləri ölkə ərazisinə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə edilməsi cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-ın verilən məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında, İmişli rayonunun Bəhramtəpə kəndi ərazisində əməliyyat tədbirləri keçirilib. Burada yolun dairəvi hissəsi yaxınlığında yerləşən avtobus dayanacağına idarə etdiyi "VAZ 21074" markalı, 10-XV-977 dövlət qeydiyyat nişanlı avtomobillə gələn Azərbaycan Respublikasının vətəndaşı Eyvazov Mahir Hüseyn oğlu özü ilə gətirdiyi sellofan torbanın içərisindəki 15 ədəd bağlamada ümumi təmiz çəkisi 7375 qram olan həşiş qətranını İran İslam Respublikasının vətəndaşı Əxtəri Qara Qasımlı Hatef Cəmşid oğluna təhvil verib. Sonuncu isə həmin narkotik vasitəni şərti alıcı kimi cəlb edilən gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb və külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb. Əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətkar qrupun iki üzvü - Azərbaycan Respublikasının vətəndaşı Eyvazov Mahir Hüseyn oğlu və İran İslam Respublikasının vətəndaşı Əxtəri Qara Qasımlı Hatef Cəmşid oğlu ifşa edilərək cinayət məsuliyyətinə cəlb olunublar. Cinayət Məcəlləsinin həmin maddələri ilə onlara ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaqla müəyyən edilib ki, cinayətkar qrup həmin narkotik vasitənin İrandan Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsi və satışını təşkil etmək barədə bu ilin sentyabr-oktyabr aylarında sövdələşib, kriminal niyyətlərinin həyata keçirilməsinə də elə həmin vaxtdan başlayıblar. Hazırda cinayət əməllərinin törədilməsində iştirakları istisna edilməyən digər şəxslərin müəyyən edilmələri istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam edir.
Namiq
Bakı-Moskva qatarı bərpa olunacaq? - AÇIQLAMA
Bakı–Tbilisi qatarında bilet qiymətlərinə hansı tərəf qərar verir? - Ekspert AÇIQLADI
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət CƏDVƏLİ AÇIQLANIB
Ermənistan-Azərbaycan sərhədi nə vaxt açılacaq? - Vaxt bəlli oldu
WUF13-də QHT-lər qarşısında yeni məqsədləri müəyyənləşdirəcək – İB sədri - FOTO
Əsas magistral yollardan biri təmir olundu - SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR - FOTO
Beynəlxalq forum QHT-lər arasında əməkdaşlığın gücləndirəcək – AQİL CAMAL - FOTO
Prezident İlham Əliyevə fəxri doktor adı verildi - FOTO
Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı AÇIQLAMA
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bakının neft bumu şəhərin quruculuğuna necə təsir edib? - ARAŞDIRMA - FOTO










