Avtomobildən külli miqdarda narkotik vasitə aşkarlanıb – FOTO + VİDEO

Azərbaycan gömrükçüləri narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu tədbir həyata keçirib və nəticədə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Avtosfer.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Qurumun Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə Lənkəran şəhər sakini Mirəziz Cəfər oğlu Ağayevin idarə etdiyi minik avtomobilində narkotik vasitələri satmaq məqsədilə paytaxta gətirdiyi barədə məlumat daxil olub.
Dərhal Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri təşkil edilib. Belə ki, şərti alıcı ilə Mirəziz Ağayev sövdələşib və tərəflər Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Füzuli küçəsində görüş təyin edib.
Sözügedən ünvanda əməliyyatçıların həyata keçirdiyi tədbirlər çərçivəsində Mirəziz Ağayev saxlanılıb və onun idarə etdiyi "VAZ-21083" markalı, 42-BB-268 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilib.
Baxış zamanı, avtomobilin arxa oturacağının üzərindəki 4 ədəd polietilen torbada Mirəziz Ağayevin şərti alıcı qismində əməliyyata cəlb olunan gömrük əməkdaşına satmağa çalışdığı narkotik vasitələr -14.860 qram tiryək və 9.740 qram həşiş qətranı aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi açılıb və məhkəmənin qərarına əsasən Mirəziz Ağayevin barəsində həbs qətiimkan tədbiri seçilib.
Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.
Namiq
Sürüşməyə görə sürücülərə bu yoldan istifadə etmələri tövsiyə olunur
Bakıda dərslər dayandırılıb? - AÇIQLAMA
Sürücülərə və şagirdlərə MÜRACİƏT – Piyada keçidlərində diqqətli olun!
Bakının bu yollarında tıxac var - SİYAHI - FOTO
Sərnişinlər üçün ictimai nəqliyyatda görünməyən təhlükə - Cibgirlərdən necə qorunmalı?
Evlər, maşınlar MƏHV OLDU - Zərəri kim QARŞILAYACAQ?
Belə yollara asfalt çəkilməsi sonradan problemə çevrilira - EKSPERT - FOTO
Azərbaycanda son günlər süni yağış texnologiyası sınaqdan keçirilib? – RƏSMİ AÇIQLAMA
Məmurlar hadisə yerinə getdi – Təhlükənin qarşısını almaq üçün tapşırıqlar verildi - VİDEO
BBAK-da intensiv yağıntıların fəsadları aradan qaldırılır - VİDEO
Azərbaycanda bu halda İŞ DAYANDIRILMALIDIR











