Avtomobildən külli miqdarda qanunsuz dərman aşkarlanıb - VİDEO

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Xanoba" gömrük postunda Rusiyadan qayıdan Azərbaycan vətəndaşına məxsus "Mercedes-Benz Sprinter" markalı avtomobil saxlanılıb. Komitədən Avtosfer.az-a verilən məlumata görə, gömrük baxışı zamanı nəqliyyat vasitəsinin arxa yük yerində, salonda və qapısındakı örtüklərin arxasında 600 flakonda və 600 ampulada "Qonadotropin Хоrioniçeskiy", 36 ədəd şprisdə "Soviqripp", 270 flakon "Karipain", 7 ədəd 1 ml-lik şpris, 7 ədəd 0,25 mq-lıq "Cetrotid" maddəsi olan flakon, 14 ədəd inyeksiya üçün iynə, 14 ədəd spirtli tampon olmaqla 35 ədəd şpris, 35 ədəd flakon, 98 ədəd iynə və 98 ədəd spirtli tampon olan "Cetrotid Cetroliks 0,25 mq", 8910 kapsul "Veroşpiron 50 mq", 509 ədəd şüşə flakonda "Karipazim 350 PE", 62 qutu - hər qutuda 1 ədəd 0,480 ml-lik ampulada hazır məhlul və 6 ədəd iynə olmaqla, cəmi 62 ədəd ampula və 372 ədəd iynə olan "Pureqon 300ME/0,36ML", 2 qutu - hər qutuda 1 ədəd 0,840 ml-lik hazır məhlul olan ampula və 6 ədəd iynə olmaqla, cəmi 2 ədəd ampula və 12 ədəd iynə olan "Pureqon 600 ME/0,72 ml", 15 ampula "Panavir", 5 ədəd 0,5 ml-lik hazır məhlullu şprisdə olan "Orqalutran", 1170 ampulada "Cerukal 10 mq/2 ml", 280 həbb "Hepcinat Lp" adlı dərman preparatlarıaşkarlanıb. Faktla bağla araşdırma aparılır.
Namiq
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!










