Avtomobildən mobil telefonlar və siqaretlər aşkar edildi - FOTO

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan gələn BA999KU dövlət nömrə nişanlı "Mercedes Benz" və 90 CD 920 dövlət nömrə nişanlı "SETRA S215 HD" markalı avtobusların sərnişinləri, Ərbəin (Kərbəla) ziyarətindən qayıdan Azərbaycan vətəndaşları - Süleyman Kərimov və Fairə Məmmədovaya məxsus əl yüklərinə baxış keçirilib. Bu barədə Avtosfer.az-a Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, rentgen aparatından keçərkən S.Kərimovun əl yükünün içərisində rəngli fonda cizgilər müşahidə edilib. Yoxlama zamanı vətəndaşa məxsus 6 ədəd paketdə əvvəlcədən gömrük nəzarətinə bəyan olunmamış 15 ədəd "Samsung" markalı mobil telefon, 22 ədəd "Samsung" markalı mobil telefon üçün qulaqlıq, 18 ədəd üzərində "Samsung" yazılmış enerji yükləyicinin başlığı, 17 ədəd "USB" kabeli və mobil telefon üçün 72 ədəd aksessuar (telefon saxlamaq üçün dayaq) aşkar edilib. F.Məmmədovanın əl yükündən isə gömrük nəzarətindən gizlədilmiş, aksiz markası olmayan 4 200 ədəd "Cavallo" adlı siqaretlər aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Namiq
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO













