Avtomobildən qanunsuz siqaretlər aşkarlanıb

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, aksizli mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Hyundai Excel" markalı avtomobil Bakı şəhəri, Xətai rayon ərazisində saxlanılıb. Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi həmin nəqliyyat vasitəsinin salonuna baxış zamanı orada siqaretlərin olduğu müəyyən edilib. Daha sonra Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin dayanacağına gətirilən avtomobilə təkrar baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunda 2 ədəd karton qutuda üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 9080 ədəd müxtəlif adda siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Namiq
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












