Avtomobildən xeyli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlanıb - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə "Mercedes Benz" markalı minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış siqaretlərin olması barədə məlumat daxil olub. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbiri nəticəsində avtomobil Şəmkir rayonu ərazisində saxlanılıb. Bundan sonra nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətinə aparılıb. Baxış zamanı avtomobilin yük yerində olan sellofan torbaların içərisindən, üzərində aksiz markası olmayan 3000 ədəd "Parliament Aqua Blue", 2000 ədəd Parliament Super Slims", 1000 ədəd "Parliament Carat", 5600 ədəd "Marlboro Gold Edge", 12000 ədəd "Kent Nanotek" markalı siqaretlər aşkar olunub. Faktla bağla araşdırma aparılır.
Namiq
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ













