Avtomobildən xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb

Gömrükçülər tərəfindən Gəncə şəhəri istiqamətinə hərəkət edən "VAZ 21074" markalı avtomobildə aksiz markasız spirtli içkilər aşkarlanıb. DGK-dan Avtosfer.az-a verilən xəbərə görə, nəqliyyat vasitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb. Avtomobilin yük yerinə və salonuna ilkin baxış keçirilən zaman orada sellofan torbalarda spirtli içkilər olduğu müəyyən edilib. Ətraflı baxış keçirilməsi üçün avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinə gətirilib. Yoxlama zamanı avtomobilin yük yerində sellofan torbaların içərisində üzərində aksiz markası olmayan, 1 litrlik ölçülərdə 44 ədəd "Nemirovskaya", 12 ədəd "Nemiroff (Wheat)", 8 ədəd "Nemiroff (Birch)", 4 ədəd "Nemiroff (Honey Pepper)", 7 ədəd "Xlibniy Dar", 4 ədəd "Royal Park", 4 ədəd "Claymore", 4 ədəd "MacArthurs", 4 ədəd "Black Ram", 2 ədəd "King Robert", 2 ədəd "JoAN Barr", 2 ədəd "Heaven/Hill", 2 ədəd "Ballantines", 0.5 litrlik ölçülərdə 2 ədəd "Jagermeister", 7 ədəd "Nemiroff (original)", 200 ml litrlik ölçülərdə 6 ədəd "Black Ram", 6 ədəd "Red Label", 3 litrlik ölçülərdə 2 ədəd "Kindzmarauli", 5 litrlik ölçülərdə isə 2 ədəd "Kindzmarauli" adlı spirtli içkilər aşkarlanıb. Faktla bağla araşdırma aparılır.
Namiq
WUF13-də səsləndirilən problemlər bütün ölkələrdə yaşanır – Afrikalı qonaq - FOTO
Putin Trampın ardınca Çinə niyə gedib? – POLİTOLOQ AÇIQLADI
Taksi dayanacağını “parkinq”ə çevirən sürücülər narazılıq yaratdı - VİDEO
WUF13 tədbirlərinin keçirilməsində məqsəd nədir? – RƏSMİ AÇIQLAMA - FOTO
Afrika qitəsi son illərdəki iqlim dəyişikliklərinə daha çox məruz qalır – XARİCİ TURİST - FOTO
Dizel və benzin yanacağı ilə bağlı MƏLUMAT VERİLDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Bakı-Moskva qatarı bərpa olunacaq? - AÇIQLAMA
Bakı–Tbilisi qatarında bilet qiymətlərinə hansı tərəf qərar verir? - Ekspert AÇIQLADI
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət CƏDVƏLİ AÇIQLANIB
Ermənistan-Azərbaycan sərhədi nə vaxt açılacaq? - Vaxt bəlli oldu








