Avtomobildən xeyli miqdarda spirtli içkilər aşkarlanıb

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə "Mercedes Benz" markalı minik avtomobilində Azərbaycan aksiz markası ilə markalanmamış spirtli içkilərin olması barədə məlumat daxil olub. Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib. Məlumat əsasında yaradılmış müvafiq əməliyyat qrupu həmin nəqliyyat vasitəsini nəzarətə götürüb. Belə ki, keçirilmiş tədbir nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil Şəmkir rayonunun Düyənli kəndi ərazisində saxlanılıb. Bundan sonra nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün Tovuz gömrük postunun inzibati binasının həyətinə aparılıb. Baxış zamanı avtomobilin yük yerində və salonunda sellofan bağlamalarda üzərində "Kremlin" yazılan 83 ədəd, üzərində "Beluga" yazılan 6 ədəd 0,7 litrlik, üzərində "Almaz" yazılan 6 ədəd 0,7 litrlik və üzərində "Rosi" yazılan 37 ədəd 0,7 litrlik şüşə qablarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb. Faktla bağla araşdırma aparılır.
Namiq
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












