Avtomobilə yığılan yüklər sözün əsl mənasında təhlükə saçır - VİDEO

Dəmirlərin yük maşınına qabarit formada yığılması yoldan keçən digər sürücülərə çətin anlar yaşadıb. Bu səbəbdən hətta yolda uzun tıxac da yaranıb. Yük maşının sürücüsü isə heç nə olmamış kimi yoluna davam edir. Görüntülər paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsindəhəmin yoldan keçən sürücülərdən biri tərəfindən çəkilib. Yükün avtomobilə heç bir təhlükəsizlik təbirləri olmadan yüklənməsi nəinki digər avtomobillərə, hətta yoldan keçən piyadalar üçün də təhlükə yaradıb. Kadrlardan aydın olur ki, qaydaları kobud şəkildə pozan avtomobilin dövlət qeydiyyat nişanı ''90-UL-207''-di. Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, efirdə yayımlanacaq görüntü əsasında polis əməkdaşları tərəfindən araşdırma aparılacaq. Əgər, sürücünün yol hərəkəti qaydalarını pozduğu təsdiqlənərsə, avtomobilin sahibi qanuna müvafiq cərimə ediləcək Yol hərəkəti üzrə ekspert Azər Allahverənov isə bildirdi ki, həmin görüntülərdə yükdaşıma qaydaları kobut şəkildə pozulub. Bunun üçün sürücü müəyyən edilərək 40 manat məbləğində cərimə edilməlidir.
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR












