Avtomobili MDB istehsalı olan sürücülərin nəzərinə! - Sabahdan cərimə oluna bilərsiniz

“VAZ”, “QAZ”, “Moskviç”, “ZAZ”, “UAZ” markalı və digər MDB istehsalı olan minik avtomobilləri üzrə baxış müddəti başa çatır. Trend-in məlumatına görə, may ayının 1-dən etibarən texniki baxışdan keçməyən həmin markalı nəqliyyat vasitələri cərimələnəcək. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi bu barədə sürücülərə və avtomobil sahiblərinə müraciət edib. İdarədən Trend-ə verilən məlumatda bildirilir ki, nəqliyyat vasitələrinin texniki baxışı davam edir: "“VAZ”, “QAZ”, “Moskviç”, “ZAZ”, “UAZ” markalı və digər MDB istehsalı olan minik avtomobilləri üzrə baxış müddəti yanvar ayının 1-dən may ayının 1-dək müəyyən edilib. Nəqliyyat vasitələrini texniki baxışa təqdim edəcək sürücü və ya avtomobil sahiblərindən xahiş olunur ki, baxış zamanı əlavə vaxt itkisinə yol verilməməsi üçün “Yol hərəkəti haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, barələrində qanuni qüvvəyə minmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimələrin ödənilməsini təmin etdikdən sonra müraciət etsinlər. Həmçinin nəqliyyat vasitələrinin texniki baxışa saz vəziyətdə təqdim olunması vacibdir.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 339.1 maddəsinin tələbinə müvafiq olaraq, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə (texniki baxışdan keçmə müddəti talonunun üzərində iri rəqəmlərlə qeyd olunur) nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslərin 50 manat miqdarında, vəzifəli şəxslərin 100 manat miqdarında, hüquqi şəxslərin isə 300 manat miqdarında cərimə edilməsi nəzərdə tutulur.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












