Avtomobili park etmə üstündə adam öldürən şəxsin şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vidadi Rzayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, V.Rzayevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, hadisə Yasamal rayonu, Xıdır Mustafayev küçəsində qeydə alınıb. 57 yaşlı Vidadi Rzayev aralarında yaranmış mübahisə zəminində qonşusu, 47 yaşlı Şahin İsgəndərova bıçaqla 9 dəfə zərbə vurub. Şahin İsgəndərov ağır vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yasamal rayon hüquq mühafizə orqanlarının əməkdaşları V.Rzayevi saxlayıblar. Hadisə şahidlərinin verdiyi məlumata görə, mərhum Ş.İsgəndərov dəfələrlə qonşusu V.Rzayevə avtomobilini yolda saxlaması ilə bağlı iradını bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Rzayev 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












