Avtomobili yolda xarab oldu, cərimələndi: İDDİA və RƏSMİ CAVAB - VİDEO

Avtomobili yolda xarab olan sürücü polis tərəfindən cərimələndiyini iddia edir. O, bununla bağlı video çəkərək votsap nömrəmizə göndərib. Şəki sakini Rövşən Əzizov iddia edir ki, avtomobilində nasazlıq yarandığı üçün dünən Tovuz rayonunda maşın bazarı adlanan ərazidə yolun kənarında saxlamağa məcbur olub. Bu zaman polis əməkdaşı xidməti avtomobili ilə yaxınlaşaraq onu cərimələyib. Sürücünün dediyinə görə, o, dayanma-durma qaydalarını pozduğu üçün cərimə edilib. Polis əməkdaşı da protokol yazarkən bunu əsas gətirib. İndi sürücü əsassız yerə cərimələndiyini əsas gətirərək, ona yazılan qərarın ləğv edilməsini istəyir. Məsələ ilə bağlı Respublika Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, hazırda faktla bağlı araşdırma aparılır, avtomobilin saxlanıldığı yerdən əvvəl nişanın olub-olmadığı və sürücünün avtomobilin qarşısında müvafiq xəbərdarlıq nişanı qoyub-qoymadığı dəqiqləşdirilir. Əgər sürücüyə qarşı qanunsuz hərəkətə yol verilibsə, yazılan cəriməyə xitam veriləcək. İdarədən o da bildirildi ki, sürücü 20 gün ərzində qərarın ləğv edilməsi üçün özü də polisə müraciət edə bilər.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












