Avtomobilin təkərlərində pirotexniki vasitələr aşkarlanıb - VİDEO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21013" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. DGK-dan Avtosfer.az-a istinadən xəbər verir ki, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin təkərlərinin içərisindən üzərində "Colorful Magic" yazısı olan 80 ədəd, üzərində "Big triangle cracker" yazısı olan 640 ədəd, üzərində "Korsar 7" yazısı olan 48 ədəd, üzərində "Mega Piratka" yazısı olan 240 ədəd pirotexniki vasitələr aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ












