Avtomobilin yanacaq çəninin içərisindən pirotexniki vasitələr tapılıb - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Qaz 3102" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Bu barədə Avtosfer.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən 920 ədəd üzərində "Mega Black Devil" yazısı olan və 80 ədəd üzərində "Piccolo Corsar" yazısı olan pirotexniki vasitələr aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Namiq

Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












