Avtomobilindən xeyli miqdarda qanunsuz dərman preparatları aşkarlanıb - FOTO

Azərbaycan gömrükçüləri xeyli miqdarda dərman preparatının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısını alıblar. Bu barədə Avtosfer.az-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib. Məlumata görə, DGK-nın Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Samur” gömrük postunda Rusiya Federasiyasından gələn “Mercedes Benz V280” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin ön və arxa oturacaqlarının altında xüsusi hazırlanmış örtüyün arxasından, yük yerinin qapısının içərisindən və nəqliyyat vasitəsinin alt hissəsində olan boşluqlardan gömrük nəzarətindən gizlədilmiş “Reamberin 500 ml”, Sonapaks 25 ml”, “Sumatriptan 2 mg”, “Veroşpiron 100 mg”, “Veroşpiron 50 mg”, “Azotioprin 50 mg”, “Alfluton 1 ml”, “Mimpara 30 mg”, “Piroksikam 10 mg”, “Kaliya xlorid 40 ml”, “Proрусil 50 mg”, “Kley BF-6 10 mg”, Natriya xlorid 1 ml”, “Qonadotropin xorioniçeskiy 5000 ME”, “Qonadotropin xorioniceskiy 500 ME”, “Çerukal 5 ml”, “Metoklopramid 5 ml” markalı olmaqla, ümumilikdə 17 adda 31072 ədəd dərman preparatları və 850 ədəd dərman preparatlarına məxsus qablaşdırma vasitələri (boş qutular və boş plastik qablar) akşar olunub. Faktla bağlı araşdırma aparılır.
Namiq
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan























