Avtomobilini sayrışan işıqlarla sürdü, digər sürücülərə çətin anlar yaşatdı – VİDEO

Gecə saatlarında avtomobili ilə yolda hərəkət edən sürücü sayrışan işıqlarını yandırıb. Avtomobilin arxa hissəsinə quraşdırılan bu işıqlar arxadan gələn nəqliyyat vasitələrinin sürücüləri üçün çətin anlar yaşadıb. Bu görüntülər sürücülərdən biri tərəfindən çəkilərək votsap nömrəmizə göndərilib. Qaydaları pozan avtomobilin dövlət qeydiyyat nişanı ''10-MB-405''dir. Kadrlar isə Sabunçu rayonu, "Sovxoz Ramana" kimi tanınan ərazidə çəkilib. Kadrları çəkən sürücünün dediyinə görə, həmin avtomobilin sürücüsü heç nə olmamış kimi eyni əməlini yol boyu davam etdirib. Sözügedən qayda pozuntusuna isə digər sürücülərin münasibəti birmənalıdır. Onlar bu kimi halın böyük qəza riski yaratdığını deyirlər. Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, televiziyada və sosial şəbəkələrdə yayılan istənilən qayda pozuntusu ilə bağlı videolar polis tərəfindən araşdırılır. Bu qayda pozuntusuna yol verən sürücü də müəyyən edilərək barəsində qanunauyğun şəkildə tədbir görüləcək.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












