Avtomobillərdən oğurluq edən şəxs saxlanılıb - Binəqədidə

Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Şabanova M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində “Mitsubishi” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə içərisində 300 manat və 50 ABŞ dolları, habelə sənədləri olan çantasının oğurlandığını bildirib.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxs qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun əvvəllər oğurluq və narkotikə görə məhkum olunmuş paytaxt sakini Emil Məstənov olduğu müəyyən edilib, onun digər analoji cinayət əməllərinin də üstü açılıb. E.Məstənovun rayon ərazisində daha 3 avtomobildən pul və sənəd oğurlaması da müəyyən edilib.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Ruslan
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












