Avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtın ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edən qadın oktyabrın 20-də Topçubaşov küçəsində “KİA” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə geyim əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Rizvan Quliyev və T.Mustafazadə saxlanılıblar. Onların oktyabrın 22-nə keçən gecə Xətai rayonu ərazisində Bakı şəhər sakini Z.Cəfərovun “Nissan” markalı avtomobilindən də eyni üsulla avtomobilin sənədini, sürücülük və şəxsiyyət vəsiqələrini oğurlamaları da müəyyən edilib. 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini M.Həsənovun “VAZ-2104” markalı avtomobilindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Zaur İbrahimov saxlanılıb. Oğurluq etdiyinə görə tutulmuş Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Məmmədsurinin ətrafında 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 14-də Bülbül prospektində Lənkəran rayon sakini E.Həsənzadənin “Daewoo” markalı avtomobilindən mobil telefon oğurlaması da müəyyən edilib. Araşdırmalar aparılır.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










