Avtomobillərdən oğurluq edən şəxslər yaxalanıblar - Bakıda və Abşeronda

Bakıda və Abşeronda avtomobillərdən oğurluq edən şəxslər yaxalanıblar. DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində “Toyota” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə sənəd oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Abşeron rayon sakini Elxan İsayev olduğu məlum olub. Polis əməkdaşları tərəfindən E.İsayevin digər analoji əməllərinin də üstü açılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Nərimanov və Binəqədi rayonları ərazisində daha 4 avtomobildən pul, sənəd və məişət əşyaları oğurlaması da müəyyən edilib. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarınının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon ərazisində “VAZ-2107” markalı avtomobildən səsgücləndirici və 1 ədəd planşet oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İsmayıl Məmmədov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 3 avtomobildən pul, parfümeriya və gümüş əşyaları oğurlaması da müəyyən edilib. Faktlarla bağlı araşdırmalar aparılır.
Namiq
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar












