Avtomobillərdən oğurluq edənlər saxlanılıb

Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər. Belə ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini N.Məmmədlinin “Chevrolet” markalı avtomobilindən 450 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Hüseyn Əliyarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan tiryək də aşkar edilib. 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini K.Abbasovanın “Nissan” markalı avtomobilindən 550 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Taliyə Mustafazadə saxlanılıb.
Avtomobillərdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilindiyinə görə saxlanılan Bakı şəhər sakini Rəvan Abdullayevin ətrafında Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun N.Ələkbərovanın “Ford” markalı avtomobilindən 300 manat pul və kosmetik əşyalar oğurlaması da müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












