Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb - Sumqayıtda

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 4-cü polis bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda şəhər ərazisində “Volkswagen”, “Toyota”, KİA, “Opel” və “Nissan” markalı 5 avtomobildən pul, mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Emin Duduyev saxlanılıb. Oğurluq etdiyinə görə tutulmuş Ceyhun Ələkbərovun ətrafında Sumqayıt ŞPİ 3-cü polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində isə onun şəhər ərazisində daha 4 avtomobildən məişət əşyaları və akkumulyator oğurlaması da müəyyən edilib. İstintaq-əməliyyat tədbirləri aparılır.
Namiq
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












