Avtomobillərdən və mağazadan oğurluq edən şəxs saxlanılıb - Lənkəranda

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən və mağazadan oğurluq edən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə şəhər sakini N. Kazımlı Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət edərək işlədiyi mağazadan özünə məxsus 480 manat dəyərində “Samsung” markalı mobil telefonun naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Həmin oğurluğu törədən şəxsin rayonun Göyşaban kənd sakini Bilal Verdiyev olduğu müəyyən edilib və saxlanıldıqdan sonra oğurladığı mobil telefon ondan maddi sübut kimi götürülüb. Bundan başqa Lənkəran ŞRPŞ və DİN-in Kriminalistik Tədqiqatlar idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı B.Verdiyevin digər oğurluq əməlləri də üzə çıxıb. Belə ki, onun cari ilin 5 iyul tarixində eyni gündə rayon ərazisində 2 avtomobildən 500 manat pul və maqnitofon oğurladığı müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Namiq

Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












