Avtomobillərə qənim kəsilənlər danışdılar – VİDEO

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində avtomobillərdən çoxsaylı oğurluqlar edən şəxslərə qarşı kompleks əməliyyat tədbiri həyata keçirilib. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri Ceyhun Ələkbərov və Şükran Xələfov saxlanılıblar. Saxlanılan şəxslərin ətraflarında keçirilən əməliyyat tədbiri nəticəsində onların Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda 14 avtomobildən maqnitofon, səs gücləndirici, akkumlyator və maşınların salonlarında olan digər qiymətli əşyalar oğurladıqları məlum olub.
Ceyhun Ələkbərov - Saxlanılan şəxs: "Şükranla birgə, 9-cu mikrorayondan Çin istehsalı maqnitofon, "zapazka", akkumlyator, 8 ədəd maqnitofon aparmışıq. "Şərq bazarı" tərəfdə, "Şəki" restoranının yaxınlığından akkumlyator aparmışıq. Təqribi 10-a yaxın maşın açmışıq".
Şükran Xəlifov - Saxlanılan şəxs: "10-cu mikrorayondan bir ədəd "KİA Sportage"dən 20 manat pul, "06"nın monitorunu götürmüşəm. Pulu xərclədim, monitoru da satdım".
İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat nəticəsində avtomobillərdən oğurluq edən daha iki nəfər - Sumqayıt şəhər sakinləri Rauf Əliyev və Cavid Səyadzadə saxlanılıblar. Bu iki şəxsin şəhər ərazisində 5 nəqliyyat vasitəsindən oğurluq etdyi məlum olub. Saxlanılan şəxslər ifadələrində, əsasən, qapıları açıq vəziyyətdə saxlanılan avtomobillərdən oğurluq etdiklərini bildiriblər.
Rauf Əliyev - Saxlanılan şəxs: "Maşınla ustaların əşya bazarına getdim. Maşından düşdüm, bir-bir maşınları yoxladım. Açıq olanların maqnitofonlarını götürüb getdim. "07"nin qapısı açıq idi, yiyəsi ustanın yanında idi. İçərisindən 71-50 maqnitofonu götürdüm. İki gün sonra da həmin yerə gedib "troykadan" götürmüşəm".
Cavid Səyadzadə - Saxlanılan şəxs: "Avtovağzal ərazisindən içərisində 10 manat qəpik olub, onu götürdüm. Qəpik də olsa, 10 manatdır da. Sonra bir oğlan gəldi, yemək yeyirdi, telefonu yadından çıxdı, mən də götürdüm. Pul lazım idi, aparıb Bakıda 40 manata satdım. "07" xarab idi. Akkumlyatoru işləmirdi, dəyər-dəyməzə satdım".
Qeyd olunan faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyi nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də, avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyalar, sənədlər bəzi zəif iradəli, kriminala meylli şəxslər tərəfindən oğurlana bilər. Belə halların qarşısının alınması üçün sürücülərə tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər və mümkün qədər nəqliyyat vasitələrini diqqətdən və nəzarətdən kənar ərazilərdə deyil, Təhlükəsiz Şəhər kameralarının əhatə və görüntü dairəsində saxlasınlar.
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ
Forumun uğurlu davam etməsinə həm də əhali dəstək olur – Tanzaniyalı turist - FOTO
Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ
Əli Əsədovdan dəmiryolu ilə Gürcüstana gedəcək vətəndaşlarla bağlı QƏRAR










