Avtomobillərə quraşdırılmış partlayıcılar partladıldı: 3 ölü, 12 yaralı

Bazar günü İraqın paytaxtı Bağdadın müxtəlif rayonlarında baş vermiş beş partlayış nəticəsində azı 3 nəfər ölüb, daha 12 nəfər isə yaralanıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Al-Sumaria" telekanalı məlumat yayıb. "Bu gün axşam (bazar günü) Bağdadın Səba Əkbər rayonunda "Toyota Coaster" markalı mikroavtobusa qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində beş nəfər yaralanıb", - deyə telekanal paytaxtın güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, bundan əlavə paytaxtın cənubunda yerləşən Əbu Daşir rayonunda mağaza yaxınlığında partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Həmçinin Bağdadın şimalındakı Əş-Şualya rayonunda yük maşını partladılıb. Burada 2 nəfər xəsarət alıb. Daha 4 nəfər Ər-Rəşid rayonunda yük maşınına qoyulan partlayıcı qurğunun işə düşməsi zamanı müxtəlif dərəcəli xəsarətlər alıb. Eyni zamanda paytaxtın şimalındakı Malik əl-Əştər meydanında törədilən partlayış nəticəsində 1 nəfər ölüb, eyni sayda insan yaralanıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












