Avtomobillərə yüksək rüsumlar tətbiq edilməsinin əleyhinəyik

Yaponiya və ABŞ-ın işgüzar dairələrinin liderləri avtomobillərə yüksək rüsumların tətbiqinin əleyhinədirlər və bununla bağlı D.Tramp administrasiyası tərəfindən gözlənilən təhlükəyə qarşı dayanmağa çalışacaqlar. Avtosfer.az metbuat.az-a istinadən xəbər verir ki, işgüzar dairələrin liderləri noyabrın 1-də Yaponiya-ABŞ biznes görüşündən sonra belə bir bəyanatla çıxış ediblər. Sənəddə qeyd edilir ki, ABŞ-ın xarici avtomobillərə tətbiq etdiyi daha yüksək rüsumlar heç bir tərəf üçün faydalı olmayacaq. Bildirilir ki, yapon və digər xarici avtomobillərə tətbiq edilən yüksək vergilər istehlakçılara və biznesə mənfi təsir göstərərək, həmin ölkələrin iqtisadiyyatına dağıdıcı təsir edə bilər. “Cisco Systems” şirkətinin direktorlar şurasının üzvü və baş direktoru Çak Robbins deyib: “Bu bir həqiqətdir ki, avtomobil istehsalı həm Yaponiya, həm də ABŞ üçün çox mühüm sahədir. Biz əminik ki, qlobal səviyyədə azad, açıq və ədalətli ticarət aparılmalıdır”. Bəyanatda, həmçinin qeyd edilir ki, D.Tramp administrasiyasının məqsədi əsas diqqəti ticarət kəsirinə yönəltməkdir. Vurğulanır ki, iqtisadi əməkdaşlıq barədə yalnız bir göstərici əsasında mühakimə aparmaq olmaz.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












