Avtomobillərin hərəkət istiqaməti fasilələrlə dəyişdiriləcək - SİYAHI

“VI Qlobal Bakı Forumu ilə əlaqədar martın 15-dən 18-dək tədbirlərin keçiriləcəyi ərazilərdə, eləcə də onlara bitişik küçə və yollarda təhlükəsizliyi təmin etmək məqsədilə nəqliyyat vasitələrinin hərəkət istiqaməti fasilələrlə dəyişdiriləcək”. Bunu “Report”a Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, sürücülərin həmin müddət ərzində alternativ variantlardan istifadə etmələri tövsiyə olunur: “Hazırda Bakı şəhəri ərazisində bir neçə əhəmiyyətli yollarda təmir-tikinti işlərinin aparılması süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Ona görə də paytaxtda keçirilən forumla əlaqədar sıxlığın yaşanmaması üçün vətəndaşların ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri xahiş olunur. Paytaxtda keçirilən tədbirin əhəmiyyətini və mövcud vəziyyəti qiymətləndirərək yol polisi və sürücü həmrəyliyinin yaranmasını təklif edirik”.
V.Əsədov qeyd edib ki, martın 15-dən 18-dək hava limanından şəhərin mərkəzinə doğru, yəni Heydər Əliyev, Zərifə Əliyeva, Azadlıq, Neftçilər, Parlament, Hüseyn Cavid, Nəriman Nərimanov və Bakıxanov prospektləri, "Azneft", Mikayıl Müşfiq dairələri, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Rəsul Rza, Niyazi, Lermentov, Teymur Elçin və Mehdi Hüseyn küçələri, eləcə də tədbirlərin keçiriləcəyi ərazilərə bitişik küçə və yollarda avtomobilllərin hərəkət istiqaməti fasilələrlə dəyişdiriləcək”.
İdarə rəsmisi əlavə edib ki, günün qaranlıq vaxtları isə paytaxtın Azneft dairəsi istiqamətində Bayıl qəsəbəsindən nəqliyyat vasitələrinin hərəkət istiqaməti fasilələrlə dəyişdiriləcək: “Bundan başqa, son zamanlar Bakı ərazisində yük maşınlarının qadağan edilmiş vaxtlarda hərəkətinə icazə verilməyən ərazilərdə hərəkət etdiyi müşahidə olunur. Bu da, öz növbəsində, süni sıxlığın yaranmasına təsir göstərən amildir və inzibati xəta tərkibi yaradır. Bir daha xəbərdarlıq edirik ki, yük maşınları günün qaranlıq vaxtı, yəni axşam saat 23:00-dan səhər 07:00-yə qədər icazə verilən yollar üzrə hərəkət etsinlər”.
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO










