Avtomobillərin icbari sığortası üzrə daxilolmalar 1% artıb

Bu ilin yanvar-sentyabr aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 72 mln. 553,6 min manat təşkil edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu sığorta növü üzrə daxilolmalarda 675,8 min manat və ya 0,94% artım müşahidə edilib. Bu ilin yanvar-sentyabr aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər 38 mln. 302,6 min manat olub ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 6 mln. 357 min manat və ya 19,9% çoxdur. Ümumiyyətlə bu ilin yanvar-sentyabr aylarında sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə daxilolmaların 52,79%-ni ödənişə yönəldib. Ötən ilin eyni dövründə isə bu göstərici 44,44% olub. Bu ilin yanvar-avqust aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 945,8 min manat təşkil edib ki, bu da ötən ildəkindən 124,9 min manat və ya 11,67% azdır. Bu ilin yanvar-sentyabr aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər 49,2 min manat olub ki, bu da 1 il əvvəl ilə müqayisədə 40,7 min manat və ya 45,27% azdır. Qeyd edək ki, 1 noyabr 2016-cı il tarixindən etibarən icbari avtoməsuliyyət sığortası müqavilələri elektron sənəd formasında bağlanılır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












