Avtovağzalda bayram təlaşı: Sərnişin sıxlığı - VİDEO

Ramazan Bayramı ilə əlaqədar bu gün səhər saatlarında Bakı Beynəlxalq Avtovağzalında sərnişin sıxlığı müşahidə olunub. Avtovağzalda sərnişinlər bəzi istiqamətlərə avtobusların az olmasından şikayyətləniblər. Sərnişin sıxlığı dəmir yolu vağzalında da yaşanıb.
Kimisi bilet alır, kimisi də gedəcəkləri ünvana avtobus gözləyir. Bayramın ilk günüdəcə Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişin sıxlığıyaşanıb..
Avtovağzalda sərnişinlərin rahat hərəkətini təmin etmək üçün isə bir neçə nəzarətçi cəlb edilib.Məqsəd həm gediş haqqının artmasının,həm də sıxlığın qarşısını almaqdır.Ancaq sərnişinlər deyir ki,avtovağzalda sıxlıq yaşandığından növbəti avtobusları gözləmək üçün əlavə vaxt itirməli olurlar.
Ancaq buna baxmyaraq bəzi sərnişinlər problemlə qarşılaşmadıqlarını bildirir.
Avtovağzal kompleksində sərnişinlərin rahatlığı üçün tibb mənətəqəsidə fəaliyyət göstərib.Ötən gün və bu gün səhər saatlarınadək artıq tibb məntəqəsinə müraciət edənlərdə olub.
Biletlərin satışına gəldikdə isə kassalarda səhər saatlarından artıq bəzi istiqamətlərdə biletlər satılıb.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsaqov "XəzərXəbər”ə bildirdi ki, adi günlərdə 300-340 nəqliyyat vasitəsilə təxminən 7-8 min sərnişin yola salınırdısa, bayram günlərində 600-dən yuxarı reyslə 16 mindən çox sərnişinin daşınması nəzərdə tutulub. Kənardan dəvət olunan nənəqliyyat vasitələrinin fəaliyyətinə isə 11 nəfərdən ibarət qiymət komissiyası nəzarət edir. İstənilən halda sərnişinlər qarşılaşdıqları neqativ hallarla bağlı Avtovağzalın 406-01-58 və 406-01-59 nömrələrinə zəng vura bilərlər.
Bayram günüdən sıxlıq tək avtovağzalda yox Dəmiryol vağzalında da müşahidə olunub."Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirdi ki, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına15-ə yaxın əlavə vaqonun qoşulması təmin edilir.Sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










