Avtovağzaldakı bu lövhə sərnişinləri çaşdırır - VİDEO

Bakı Beynəlxalq Avtovağzalının yaxınlığındakı dayanacaqda olan məlumat lövhəsi sərnişinləri əməlli- başlı çaşdırıb. Avtosfer.az xəbər verir ki, lövhədə həmin dayanacqdan keçməli olan marşrut xətlərinin nömrələri yazılıb, amma orada qeyd olunan marşrut xətləri ya tamamilə ləğv olunub, ya da ki, oradan ümumiyyətlə keçmir. Nəticədə isə sərnişinlər saatlarla gəlməyən marşrutu gözləməli olurlar.
Sözügedən məlumat lövhəsində 15 marşrut xəttinin nömrəsi qeyd olunub. Amma onlardan cəmi ikisi bu dayanacaqdan sərnişin götürür.
Sərnişinlər isə hansı marşrutun burdan keçib- keçmədiyini yalnız xeyli gözləməklə bilirlər. Bu problemdən ən çox əziyyət çəkənlər isə rayondan Bakıya gələnlər olur.
Şəhər istiqamətinə hərəkət edən bir neçə marşrut avtobusları var ki, onlar bu dayanacaqdan keçir. Amma onların da heç birinin nömrəsi məlumat lövhəsində qeyd olunmayıb. Baxmayaraq ki, avtovağzal kompleksi istifadəyə veriləndən həmin marşrutlar bu xətlə hərəkət edirlər.
Məsələ ilə bağlı problemi isə heç bir qurum öz üzərinə götürmür. Görünən isə odur ki, məlumat lövhəsi hələ çox sərnişini çaş-baş salacaq.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












