Axtarılan nadir sürücü tapıldı - VİDEO

Bakıda sərnişin avtobuslarından birinə ''Əla qiymətlər alan şagirdlərdən gediş haqqı alınmır'' elanı vurulub. Əməkdaşlarımız həmin ideyanın sahibi olan sürücünü tapıb. Avtosfer.az-ın məlumatına görə, belə bir elan sosial şəbəkələrdə yayılıb və böyük marağa səbəb olub. Bu örnək davranışın hansı sürücü tərəfindən başlanıldığını araşdırdıq. Məlum oldu ki, həmin şəkil metronun "Xalqlar" dostluğu stansiyası yaxınlığından Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yeni yaşayış massivinə sərnişin daşıyan 105 saylı avtobusların birində çəkilib. Bu addımın təşəbbüskarı isə xətdəki avtobuslardan birinin sürücüsü olan Poladdır. Polad Mirzəyev deyir ki, o, əla qiymət alan şagirdlərin gündəliyini yoxlayır. Əgər şagirdin son qiyməti əladısa, gediş haqqı almır. Bu ideya ən çox elə şagirdlərin üzünü güldürüb. Onlar bundan sonra əla qiymət almaq üçün çox çalışacaqlarını deyirlər. Daşıyıcı şirkətdən isə bildirildi ki, sürücünün bu addımı onlar tərəfindən də xoş qarşılanıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












