Axtarılırdı, Baş polis idarəsinin qarşısında ələ keçdi

Moskva polisinin əməkdaşları paytaxtın mərkəzində, şəhər baş polis idarəsinin düz qarşısında çoxsaylı ağır cinayətlərdə ittiham olunan Azərbaycan vətəndaşını saxlayıblar. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, həmin şəxs o cümlədən terrorçuluqda və hakimiyyəti zorla ələ keçirmək cəhdində ittiham olunur. Hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, avqustun 28-də Moskva şəhər Baş polis idarəsinin (Petrovka küçəsi, ev 38) düz qarşısında sənədlərin yoxlanılması zamanı 1964-cü ildə anadan olmuş Orucov Eldar Zübeyir oğlu saxlanılıb. Məlum olub ki, bu şəxs Azərbaycan hakimiyyəti tərəfindən seriya ağır cinayətlərə görə axtarılır. Mənbənin bildirdiyinə görə saxlanılan şəxs o cümlədən terrorçuluqda, qanunsuz silah alverində, qətldə, sağlamlığa qəsdən ağır xəsarət yetirməkdə, quldurluqda və hakimiyyəti zorla ələ keçirmək cəhdində ittiham olunur. “Orucovun barəsində materiallar onun Azərbaycana ekstradisiyası məsələsinin həll edilməsi üçün prokurorluğa verilib”-mənbə deyib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












