Axtarışda olan 220 nəfər saxlanılıb - FOTO

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən etibarlı sərhəd mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd nəzarəti tədbirləri davam etdirilir. DSX-dən Avtosfer.az-a verilən məlumata görə, son günlərdə 3 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan dövlət sərhədindən keçmək, 1 nəfər Azərbaycan vətəndaşının isə ölkə ərazisinə qaçaqmal keçirmək cəhdinin qarşısı alınıb, 220 nəfər axtarışda olan şəxs saxlanılaraq aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil verilib.
14 sentyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Moskva reysi ilə uçub gedən Pakistan vətəndaşı 1969-cu il təvəllüdlü İqbal Zahidin sərhəd naryadına təqdim etdiyi pasporta vurulmuş İspaniyaya məxsus Şengen vizasının və daimi yaşayış kartının saxta olduğu müəyyən olunub.
16 sentyabr tarixində “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində RF-dən AR-ə gələn Özbəkistan vətəndaşı 1984-cü il təvəllüdlü Yakubov Müzəffər Muxtaroviçin əl çantasından və üzərindən ümümi çəkisi 115 qram gümüş, 53 qram qızıl olan 23 ədəd zərgərlik məmulatları aşkar olunub.
21 sentyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı 1993-cü il təvəllüdlü Kandasamy Sreekanthının sərhəd naryadına təqdim etdiyi pasportun saxta olduğu şübhə doğurub və laboratoriya şəraitində yoxlanılaraq təsdiqini tapıb. Baxış zamanı saxlanılan şəxsin üzərindən ona məxsus olan 1993-cü il təvəllüdlü Ganeshalingam Manojhpirabanın adına Şri-Lanka pasportu aşkar olunub.
21 sentyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı 1975-ci il təvəllüdlü Ramasamy Subramaniamın sərhəd naryadına təqdim etdiyi pasportun saxta olması şübhə doğurub və laboratoriya şəraitində yoxlanılan zaman təsdiqini tapıb. Saxlanılan şəxsin üzərindən ona məxsus olan 1980-ci il təvəllüdlü Palaiah Kamalakannanın adına Şri-Lanka pasportu aşkar olunub.
Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər həyata keçirilib.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA

















