Axtarışda olan şəxs Göygöldə tutulub

Vətəndaşın etibarından sui-istifadə edərək ona maddi ziyan vuran şəxs saxlanılıb. Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib. Belə ki, bu ilin yanvarın 6-da Murad Eyvazov Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək Elbrus adlı şəxsin ondan ərzaq məhsulları sifariş edib Qax rayonuna göndərilməsini istəmiş, həmin məhsulların pulunu verəcəyinə inandırıb, etibarından sui-istifadə edərək ona 2500 manat dəyərində maddi ziyan vurub. Məsələ aidiyyatı üzrə Qax Rayon Polis Şöbəsinə (RPŞ) göndərilib, həmin şəxsin əvvəllər də məhkum olunmuş və cinayət məcəlləsinin müvafiq maddələri ilə barəsində axtarış elan olunmuş Bakı şəhər sakini, Babək Həsənov olduğu müəyyən edilib. Qax və Göygöl RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən şəxs Göygöl rayonunun Mixaylovka kəndində saxlanılaraq İstintaqa təhvil verilib. Onun digər cinayət faktlarının törədilməsində iştirakının olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










