Axtarışda olan şəxs saxlanılaraq ekstradisiya olunub

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, DİN-in Nəqliyyatda Baş Polis İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Anar Xələfov Qazaxıstan Respublikasında saxlanılıb. A.Xələfov Azərbaycana ekstradisiya olunub. Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Rəşad Bayramov saxlanılıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












