Axtarışda olan Ülviyyə bu gün həbs edildi - Sosial ev “paylayırdı”

Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində başladılan cinayət işi üzrə proses keçirilən qadın həbs olunub. Avtosfer.az-ın "qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, keçmiş iş adamı Ülviyyə Abdalova məhkəmə proseslərinə gəlmədiyi üçün axtarışa verilmişdi. Bu gün isə Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, Ü.Abdalova Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə edərək dələduzluq törətməkdə təqsirləndirilən, Daxili İşlər Nazirliyinin polkovniki, "579 SSA" MMC-nin təsisçisi Eldar Salayev, şirkətin direktoru vəzifəsində işləyən Məhəmməd Qafarov və Leyla İsmayılova ilə birgə təqsirləndirilir. Bundan əvvəlki iclasların birində prokuror çıxış edərək Eldar Salayevin 6 il 6 ay, Məhəmməd Qafarovun 7 il, Leyla İsmayovanın 6 il və Ülviyyə Abdalovanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmalarını istəyib. Həmin iclasdan sonra azadlıqda olan Ü. Abdalova məhkəmə iclaslarından yayınıb və proseslərə gəlməyib. Buna görə də hakim Əlövsət Abbasov onun barəsində həbs qətimkan tədbiri seçərək axtarışa verib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












