Axtarışda olmuş azərbaycanlı qadının məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Amanı Əhmədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 30-na təyin edilib. İttiham aktına əsasən, A.Əhmədova Səbinə Məmmədovanı (ad, soyadı şərti) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə aparıb, cinsi istismara məruz qoyub. Daha sonra Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində onun barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2009-cu ildə axtarış elan edilib və həbs qətimkan tədbiri seçilib. A.Əhmədova "İnterpol" xətti ilə beynəlxalq axtarış verilib. Bu il isə o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. A.Əhmədovanın barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












