Ayağı ayağın üzərinə qoyub əyləşmək çox ziyanlıdır

Ayağı ayağın üzərinə qoyub əyləşmək nəinki qanın ürəyə qayıtmasına mane olar, həm də ayaqdakı əsəb tellərinə mənfi təsirlər göstərər. İnsanlar adətən stulda əyləşən zaman bədən halını dəyişdirmək niyyətilə ayağını o biri ayağının üzərinə qoyarlar. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, bu adət bir çox insanlar arasında çox yayılmışdır. Ancaq həkimlərin nəzərinə görə bu cür əyləşmək sağlamlığa mənfi təsir göstərər. Onların nəzərinə görə ən ideal əyləşmək növü - hər iki ayağın bir-birinin yanında qərar tutmasıdır. Həkimlərin nəzərinə görə, ayağı ayağın üzərinə qoymaq bel və boyun nahiyəsində ağrıların meydana gəlməsinə səbəb olar. Çünki bu cür əyləşən zaman ən çox təzyiq çanaq sümüyünə düşür. Nəticədə bel sümüklərindən biri fırlanmağa məcbur olur. Həmin sümük ağırlıqda yardım etmədiyinə görə təzyiq daha çox belə və boğaza düşür. İnsan hər nə qədər bu cür uzun əyləşərsə, təzyiq daha çox olar. Ona görə də bir çoxlarında bel yırtıqlarının əmələ gəlməsinin səbəblərindən biri də uzun zaman bu cür əyləşməkdir. Həkimlərin nəzərinə görə bu cür əyləşən insanların ayaq damarları hörümçək toru kimi büruzə verməyə başlayar. Bu ehtimal qadınlarda 55, kişilərdə isə 45%-dir. Ayağı ayağın üzərinə qoymaq qanın ürəyə qayıtmasına maneçilik yaradar. Nəticədə ayaq damarları zərər görər və zəifləyər. Qan ayaq damarlarında toplanar və hörümçək toruna bənzər hala gələr. Mütəxəssislər bu fikirdədir ki, ayağı ayağın üzərinə qoymaq qan təzyiqinin müvəqqəti qalxmasına səbəb olar. Çünki ürəyə qayıtmalı olan qan bu cür əyləşmək nəticəsində böyük təzyiqlə geri qayıdar. İnsanın qan təzyiqi qalxar ki, bu yolla qanı ürəyə qaytara bilsin. İnsan belə vəziyyətdə qan təzyiqinin qalxmasını hiss etmədiyinə görə əyləşməyə davam edər. Uzun zaman belə əyləşmək sağlamlığı təhlükə altına alar. Nəticədə qan ayaqlarda laxtalanar və damarların iltihabına səbəb olar. Ona görə də həkimlər deyir ki, bu vəziyyətdə əyləşməyi sevən insanlar gərək 10-15 dəqiqədən çox belə əyləşməsinlər. Ayaqları aşağı salıb, bir qədər yol getsinlər. Ayağı ayağın üzərinə qoymaq ürəyə ziyan vurduğu kimi, ayaqdakı əsəb tellərinə də ziyan vurur. Nəticədə əsəb telləri müvəqqəti olaraq iflic və hissiz olur. Həmin hal əsəb tellərinə ziyan vurar. Bu cür əyləşmək onurga lardozuna da səbəb ola bilir.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










