AYDA-nin İdarə Heyətinin sədr müavini məhkəməyə çağırılacaq

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə R. Hüseynovun vəkili vəsatət qaldıraraq, borc kitabında adı keçən şəxslərin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayev və ailə üzvlərinin məhkəməyə çağırılmasını istəyib: "Dəfələrlə bu barədə vəsatət qaldırmışıq. Siz nə üçün iş üzrə əsas şəxs olan Əvəz Qocayevi məhkəməyə çağırmırsınız?".
Hakim isə qeyd edib ki, əlavə şahidlərlə bağlı vəsatət təmin edilib və adı keçən şəxslər məhkəməyə çağırılacaq.
Sonda şahid qismində R. Hüseynovun anası Lətifə Hüseynova ifadə verib. O bildirib ki, borc kitabları barədə R. Hüseynov həbs olunandan sonra məlumatı olub. Onun sözlərinə görə, Ə. Qocayev R. Hüseynov tutulandan sonra kitabdakı adları qaralayıb, bəzi vərəqləri cırıb: "Əvəz Qocayev bizdən Rahibə məxsus kitabları istədi. Həyat yoldaşım və mən avtomobildə onunla görüşdük. Əvəz Qocayev kitabları məndən alıb, Novxanıya çatanadək bəzi vərəqləri cırdı. Öz adı və digər şəxslərin adlarını isə qələmlə qaraladı. Halbuki, Rahib mənə demişdi ki, kitabları gizli yerdə saxla".
Hakim kitabda adı keçən Elson Aydınov barəsində R. Hüseynova sual verib. R. Hüseynov isə bildirib ki, E. Aydınova Elnar Əsgərovun ailəsi tərəfindən 4 milyon manata yaxın pul verilib.
Sonra R. Hüseyovun vəkili vəsatət qaldıraraq, zərərçəkmiş Qoşqar Zeynalovun gəlirləri və əmlakları barədə müvafiq orqanlara sorğu verilməsi üçün vəsatət qaldırıb.
Məhkəmə verilən vəsatəti təmin etməyib.
Proses iyunun 8-də davam etdiriləcək.
İttihama görə, R. Hüseynov külli miqdarda dələduzluqda təqsirləndirilir. İş üzrə zərərçəkmiş şəxslərdən biri Tovuz rayon İcra Hakimiyyətinin başçısının oğlu Qoşqar Zeylovdur. R. Hüseynov barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, R. Hüseynov ləğv edilmiş Nəqliyyat Nazirliyində nazir müavini vəzifəsində çalışmış, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovun baldızı oğludur.
R.Hüseynovun digər qardaşı Emil Hüseynov barəsində də cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. E. Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, E.Hüseynov Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub, 2016-cı ilin dekabr ayında "İnrerpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.
Prezident İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib - FOTO
Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı
Prezidentin köməkçisi Ermənistanı gəzdi - VİDEO
Hikmət Hacıyev Ermənistanda Qriqoryanla görüşdü
Sel suları 25 avtomobil yoluna ziyan vurdu - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olundu - SƏBƏB
Bakıda nəhəng hava limanı İNŞA OLUNUR: İxrac imkanları genişlənəcək - VİDEO
Məşhur aktrisanın yazışmaları ÜZƏ ÇIXDI - “Kokain lazımdır, təcili!”
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu










