“Ayıq sürücü” Bakıda iri biznesmenin oğlunun pulunu oğurladı

Bakıda “ayıq sürücü” xidməti təklif edən şirkətlərdən birinin əməkdaşı oğurluqda ittiham olunur. Avtosfer.az sputnik.az-a istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, atası biznesmen olan Sahib Zeynalzadə ötən gün paytaxtın restoranlarından birində yeyib-içdikdən sonra “ayıq sürücü” sifariş verib. O, restorana öz “Porsche Cayenne” avtomobili ilə gəlib, lakin spirtli içki qəbul etdiyinə görə, avtomobilini “ayıq sürücü”yə etibar edib. Sürücü Zeynalzadəni evinə gətirib. Amma gedəndən sonra avtomobil sahibi salondan 4 min 800 manat və 1100 dollar pulun yoxa çıxdığını görüb. Oğurluq hadisəsi ilə bağlı polisə məlumat verilib. Polis əməkdaşları həmin şəxsin oğurluqla nə dərəcədə əlaqəli olub-olmadığını araşdırır. Faktla bağlı hələ heç kim saxlanılmayıb. Hadisənin ayıq sürücü tərəfindən törətdiyi hələ sübut olunmayıb. Həmin pulların biznesmenin oğlu tərəfindən restoranda və ya başqa yerdə xərcləməsi ehtimalı da var.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












