Aylıq 275 manat ödənişlə yaşayışa hazır 2 otaqlı təmirli mənzil satışına başlandı

Mənzil alarkən vətəndaşların diqqət etdiyi əsas məsələ mənzilin yerləşmə yeri, yəni nəqliyyata çıxışı, məktəb,bağça və alış-veriş mərkəzlərinə yaxınlığı, parklama yeri, eyni zamanda mənzilin təmirinin kefiyyəti və ən əsası mənzili əldə etmək üçün ödəmə imkanlarının asan olmasıdır. “Kristal Abşeron” bütün bunları nəzərə alaraq müştərilərinə yeni kampaniya təqdim edir.Kampaniya çərçivəsində artıq Sumqayıtda mənzil sahibi olmaq daha da asanlaşıb.
Aylıq kirayə haqqı məbləğinə evə sahib olma imkanı
Müştərilər aylıq kirayə haqqı məbləğinə şəxsi evə sahib ola biləcəklər. Belə ki, artıq ayda 275 manat ödəniş etməklə Sumqayıt şəhəri 9 və 10-cu mikrorayon layihələrində tam təmirli mənzilləri əldə etmək mümkün olacaq. Bunun üçün müştərilər əvvəlcə 9745 manat ilkin ödəniş həyata keçirməklə 25 illik ipoteka şərtilə bu mənzillərə sahib ola bilərlər. Hər bir mənzilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Çıxarış (kupça) verilir.
Məktəb, park və supermarketlərə yaxındır
Digər vacib məsələ mənzilin yerləşmə yeridir ki, layihədə bu baxımdan da sakinlərin rahatlığı nəzərə alınıb. Belə ki, bu layihələr Sumqayıt şəhərində 24 saylı orta məktəb və Səməd Vurğun küçəsindəki tanınmış “Göyərçin” heykəlinin yerləşir. Kompleksdə müxtəlif təyinatlı mağazalar və parklama üçün yeraltı qarajlar olacaq.
Təmir-tikinti beynəlxalq kefiyyət standartlarına uyğun aparılır
Təmir məsələsinə gəlincə, “Kristal Abşeron” hər bir layihədə olduğu kimi burada da kefiyyətə xüsusi önəm verir. Binalar bünövrədən ən son təmir elementinə kimi keyfiyyət nümunəsidir. Daha dəqiq desək, istifadə edilən tikinti materialları beynəlxalq standartlara uyğundur.İstifadə edilən tikinti materialları Avropa ölkələri -Türkiyə, Belarusiya, Ukrayna, İtaliya, İspaniya, o cümlədən İndoneziyadan gətirilən brend məhsullardır.
Binalar zəlzəyə davamlıdır. İkiqat izolyasiyalı üzlüklər isə onu yanğın və digər təhlükələrə qarşı daha da davamlı edib. Üstəlik bu izolyasiya sistemi mənzildə 70%dək enerjiyə qənaət etməyə imkan verir.
Qeyd edək ki, müştərilərin qayğılarını azaltmaq məqsədilə kompleksdəki mənzillər bütün kommunal xidmətlərlə təmin olunmuş şəkildə təhvil verilir.
Ətraflı *1544, (018 64) 2 02 00, (050) 498 00 08
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO










