AZAL 2030-cu ilə qədər 20-dən çox təyyarəni öz donanmasına əlavə edəcək

“2050-ci ilə qədər beynəlxalq aviasiya sahəsində “net zero” (xalis sıfır) hədəfinə nail olmaq planlaşdırılıb”.
Avtosfer.az xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada “Azərbaycan Hava Yolları" QSC- nin (AZAL) daxili və xarici kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Hüseynov deyib.
O bildirib ki, AZAL da bununla bağlı öhdəliklər götürüb.
Şöbə müdiri AZAL-ın donanmasının yenilənməsi prosesinə də toxunub.
Fərid Hüseynovun sözlərinə görə, AZAL 2030-cu ilə qədər 20-dən çox təyyarəni öz donanmasına əlavə etmək üçün hazırlıq işi görür.
Fərid Hüseynov onu da qeyd edib ki, gecikən aviareyslər üzrə ictimaiyyəti əvvəlcədən məlumatlandırmağa çalışırlar.
Fərid Hüseynov hava nəqliyyatının ictimaiyyəti maraqlandıran ən vacib sahələrdən biri olduğunu da diqqətə çatdırıb:
“AZAL-da xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı çox böyük işlər görülür. Son 3 ildə əməliyyat və sərnişin dövriyyəsi baxımından AZAL böyük nəticələr əldə edib”.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












