AZAL 3 yeni aviareys açır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) yay uçuş cədvəli çərçivəsində marşrut şəbəkəsində üç yeni istiqamətə - Səudiyyə Ərəbistanının Dammam və Ər-Riyad şəhərləri (iyunun 15-dən sentyabrın 1-dək), eləcə də Monteneqronun populyar kurortu olan Tivata (iyulun 5-dən sentyabrın 15-dək) birbaşa reyslər yerinə yetirəcək. Qurumdan Avtosfer.az-a verilən məlumata görə, reyslər komfortlu “Airbus A320” laynerləri ilə həyata keçiriləcək. Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi) və soyuq və isti yeməklərin tam çeşidi daxildir.
Aviabiletləri AZAL-ın kassalarında və aviaşirkətin rəsmi agentliklərində https://www.azal.az/az/information/sales-offices bronlaşdırmaq və əldə etmək mümkündür. Yaxın zamanda yeni istiqamətlərə aviabiletləri www.azal.az saytında da əldə etmək mümkün olacaq.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












