AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib - FOTOLAR

31 may – Beynəlxalq Təyyarə Bələdçiləri Günü münasibətilə Azərbaycan Hava Yollarının (AZAL) təyyarə bələdçilərindən ibarət heyəti Hökumə Əliyevanın ailə üzvləri ilə birlikdə Milli Qəhrəmanın İkinci Fəxri xiyabandakı məzarını ziyarət edib. Bu barədə Avtosfer.az-a Azərbaycan Hava Yollarından (AZAL) məlumat verilib.
Ziyarətçilər Hökumə Əliyevanın əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər və onun şücaətli həyat yolunu böyük hörmətlə anıblar. AZAL heyəti Milli Qəhrəman pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninovun da əziz xatirəsini ehtiramla yad edib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli Sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı–Qroznı reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.





Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO












